Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi®Yelo Bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi və sahibkarlara dəstək məqsədilə İmişlidə keçirilən Aqrar Biznes Festivalında yer aldı. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində "Dövlətin maliyyə mexanizmləri" mövzusunda geniş panel müzakirəsi keçirildi.
Paneldə çıxış edən Yelo Bank nümayəndəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran suallara cavab verərək, kredit müraciətləri, faiz dərəcələri və maliyyələşmə mexanizmləri haqqında ətraflı məlumat verdi. Fermerlərin bizneslərini böyütməsi üçün mövcud maliyyə həlləri və yeni imkanlar müzakirə olundu.
Festival çərçivəsində keçirilən "Kredit yarmarkası"nda isə Yelo komandası fermerlər və sahibkarlarla birbaşa görüşlər keçirərək, onların ehtiyaclarını dinlədi və potensial əməkdaşlıq imkanlarını müzakirə etdi.
Yelo Bank fermerlərə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək göstərməyə, onların maliyyələşmə imkanlarını genişləndirməyə davam edəcək. Bankın fermer təsərrüfatını genişləndirmək üçün təklif etdiyi məhsullarla tanış olun: 
Bank xidmətləri, eləcə də agro kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

/ banker.az

Banklar     Tarix: 21 fevral 2025

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin