Yelo Bank-dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdı

Yelo Bank-dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdıYelo Bank 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb və ilin ilk yarısında əsas göstəricilər üzrə stabil artımını davam etdirib. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank 19,7 milyon manat xalis mənfəət əldə edib. Digər mühüm nəticələrə nəzər salaq:
İlin əvvəlindən ümumi kredit portfeli 60 mln manat (6%) artaraq, rübün sonuna 1 milyard manata yaxınlaşıb. Verilən kreditlərin əksəriyyəti Bank üçün prioritet olan real sektorun maliyyələşdirilməsinə yönəlib.
2025-ci ilin ilk 6 ayında 13 mindən çox müştəriyə 300 milyon manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ilin əvvəli ilə müqayisədə 29 milyon manat (5%), ötən ilin analoji dövrü ilə müqayisədə isə 82 milyon manat (15%-dən çox) artaraq 612 milyon manata çatıb.
Eyni müddətdə 18 mindən çox müştəriyə 181 milyon manatdan çox istehlak krediti ayrılıb. İstehlak kredit portfeli isə 384 milyon manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 37 milyon manat (10%-dən çox), ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat (21%) artım deməkdir. Satışların 34%-i məhz onlayn kanallar vasitəsilə baş tutub.
Dövrün sonuna Bankın əmanət portfeli 948 milyon manat təşkil edib. Bu artımın böyük hissəsi fiziki şəxslərin müddətli əmanətləri hesabınadır, nəticədə bu istiqamət üzrə portfel artaraq 794 milyon manat təşkil edib. Bu da müştərilərin Yelo Bank-a olan etibarını bir daha göstərir.
Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon manat (11%) artaraq 84 milyon manat olub. Qeyri-faiz gəlirləri isə 8 milyon manatı keçib.
Hesabat dövrünə Bankın məcmu kapitalı 163 milyon manatı ötüb və requlyativ tələbdən 113 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14,3%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10,7% olaraq normativləri üstələyir.
Bankın aktivləri hesabat dövrünün sonuna 1 milyard 323 milyon manat təşkil edib.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov ikinci rübdə əldə olunan nəticələri belə şərh edib: "Bu rüb bizim üçün həm rəqəmlərlə, həm də yeniliklərlə yadda qaldı. Kredit portfelimiz 1 milyard manata çatıb, əmanətlərin həcmi artıb, digər əsas maliyyə göstəricilərimizdə də müsbət dinamika davam edib. Portfelimizin artımında biznes kreditlərinin xüsusi payı var. Kiçik və orta sahibkarların maliyyə ehtiyaclarını qarşılamaqla, real sektorun dayanıqlı inkişafına dəstək olmağı prioritetimiz kimi görürük. Təqdim etdiyimiz bir sıra yeniliklər – rəqəmsal kart, investisiya xidməti və yeni keşbek təklifləri istifadəçilər tərəfindən rəğbətlə qarşılandı. Əlavə olaraq, xidmətlərimizi daha sadə və sürətli etmək üçün optimallaşdırmalar aparılır. Qarşıdakı dövrdə də müştərilərimizin ehtiyaclarına cavab verən innovativ və dayanıqlı həllər təqdim etməyə davam edəcəyik".
Bank xidmətləri, o cümlədən ehtiyac krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq