Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı
®Yelo Bank, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (Caspian Agro) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (Interfood Azerbaijan) çərçivəsində keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib. Bakı Ekspo Mərkəzində baş tutan tədbirdə 31 ölkədən 440-dan çox iştirakçı öz təcrübələrini və yenilikçi yanaşmalarını paylaşdı. Sərginin əsas məqsədi aqrar-sənaye kompleksində texnologiyaların tətbiqi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsidir.
Forum çərçivəsində keçirilən "Dövlətin maliyyə mexanizmləri" panel müzakirəsində Yelo Bank-ı mikro biznes müştəriləri departamentinin direktor müavini Yusif Əliyev təmsil edib. O öz çıxışında aqro kredit sahəsində Yelo Bankın təqdim etdiyi müasir bank məhsulları və kredit şərtləri haqqında məlumat verərək, mikro və kiçik sahibkarlara maliyyə resurslarına çıxışın asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Yelo Bank, kənd təsərrüfatı sektorunun davamlı inkişafını dəstəkləyir və bu sahədə fəaliyyət göstərən sahibkarlara hər zaman faydalı həllər təqdim etməyə davam edəcək.
Bank xidmətləri, o cümlədən kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


/ banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
SMM nə deməkdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznesə aid ən yaxşı 10 kitab
Whatsapp biznesin üstünlükləri nələrdir?