"Yelo Bank" kredit portfelini 847 mln. manata yüksəldib
"Yelo Bank" ASC 2024-cü ilin 30 iyun tarixinə olan maliyyə vəziyyəti haqqında hesabat yayımlayıb və esabata əsasən, bankın müştərilərə verdiyi kreditlərdə əhəmiyyətli artım müşahidə edilib.
Banker.az xəbər verir ki, 2024-cü ilin 1 iyul tarixinə "Yelo Bank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 846.7 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 10.8% artım deməkdir.
Əvvəlki ilin sonuna kreditlərin həcmi 764.3 mln. manat idi.
İstehlak kreditləriilin əvvəli ilə müqayisədə 15.1% artaraq 239.1 mln. manat olub. İstehlak kreditləri 2023-cü ilin sonunda 207.6 mln. manat idi.
Biznes kreditləri ilin əvvəli ilə müqayisədə 9.6% artaraq 529.8 mln. manata yüksəlib ki, bu da 2023-cü ilin sonunda 483.1 mln. manat idi.
Daşınmaz əmlak kreditləri son altı ay ərzində 77.9 mln. manat olub ki, 2023-cü ilin sonunda 73.5 mln. manatı 5.9% üstələyir.
Qeyd edək ki, "Yelo Bank" 2023-cü ilin ilk 6 ayında 50.6 mln. manat müştərilərə verilən kreditlərdən gəlir əldə etdiyi halda, cari ilin eyni dövründə bu rəqəm 63.17 mln. manat təşkil edib.

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?