Yelo Bank müştəriləri KorpON terminalı ilə toplu mədaxil edə biləcəklər
®Yelo Bank müştərilərinin rahatlığı üçün yeni imkanlar yaradır. Artıq müştərilər irihəcmli, nağd mədaxilləri və kredit ödənişlərini "KorpON" terminalları vasitəsilə edə biləcəklər.
Bankın fiziki şəxs, sahibkar və hüquqi şəxs müştəriləri "KorpOn" terminalları vasitəsilə cari hesaba mədaxil və kredit ödənişlərini icra edə biləcəklər. Terminalda AZN valyutasında olan hesablara yalnız AZN olaraq mədaxil etmək mümkündür. Terminala birdəfəlik ilkin mədaxil məbləği maksimum 14 999 AZN-dir.
KorpON terminallarının üstünlüyü ondadır ki, banka getmədən, günün istənilən vaxtı bank hesablarına mədaxili tək-tək deyil, toplu şəkildə etmək mümkündür. Belə ki, terminal 1 dəqiqə ərzində 1200 ədəd əsginas sayıb mədaxil edə bilir. Bunun üçün sadəcə şəhərin 50-dən çox məntəqələrində yerləşdirilmiş "KorpON" terminallarından birinə yaxınlaşmaq kifayətdir. Terminallar 1-ci sinif təhlükəsizlik dərəcəsinə malik seyf sistemi, həmçinin Giesecke+Devrient (Giziki + Devirint) pul qəbuledici sistemləri ilə təchiz olunub.
Bank xidmətləri, həmçinin, onlayn kredit ödənişi () haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes planı necə yazmaq lazımdır?
5 liderlik göstəricisi
Layihə menecmenti nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Shopify-da necə satışa başlamaq olar?