Yelo Bank şirkətlərarası futbol liqasının çempionu olub
®"Fire League" təşkilatçılığı ilə müxtəlif şirkətlərin komandalarını bir araya gətirən futbol liqası Yelo Bank komandasının çempionluğu ilə yekunlaşıb. Ümumilikdə 16 komandanın iştirak etdiyi turnirdə Yelo Bank təmsilçiləri uğurlu oyun nümayiş etdirərək turnirin qalibi olublar.
Pley-off mərhələlərində komanda ardıcıl olaraq uğurlu nəticələr əldə edib. Belə ki, 1/4 final mərhələsində "Bank VTB"-ni 3:1, yarımfinalda "Bir Ekosistem" komandasını 4:1 hesabı ilə üstələyən Yelo Bank finala vəsiqə qazanıb. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında isə "Azərsun" komandasını 4:3 hesabı ilə məğlub edərək turnirin çempionluq kubokunu qazanıb.
Komanda uğuru ilə yanaşı, turnirin fərdi mükafatlarından biri də Yelo Bank əməkdaşına təqdim olunub. Komandanın futbolçusu Şövqan Cəfərli liqanın "Ən yaxşı oyunçusu" seçilib.
Turnirdə iştirak edən bütün rəqib komandalara maraqlı mübarizə üçün təşəkkür edirik! Həm yaşıl meydanda, həm də peşəkar karyerada hər zaman zirvəni hədəfləyən komandamızda yer almaq üçün aktiv iş elanlarımızla tanış olun: .
Bank xidmətləri haqqında əlavə suallar var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?