"Yelo Bank"ın kredit portfeli 1 milyard manata yaxınlaşıb, faiz gəlirləri artıb

"Yelo Bank" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 19 milyon 702 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 26 milyon 18 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 316 min manat və ya 24,3% azalıb.
İlk 6 yda "Yelo Bank"ın mənfəətdəki azalma Bankın qeyri-faiz gəlirlərinin düşməsi, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatladan qayıdan vəsaitin azalması və mənfəət vergisi ödənişi ilə əlaqədardır. Digər tərəfdən, "Yelo Bank" böyüməkdə davam edib, kredit portfeli və kreditlərdən faiz gəlirləri artıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında "Yelo Bank" ASC-nin faiz gəlirləri 8 milyon 52 min manat və ya 10,6% artaraq 83 milyon 866 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 11 milyon 322 min manat və ya 58% azalaraq 8 milyon 197 min manata düşüb. Qeyri-faiz gəlirlərinin azalması alınan haqq və kommisiya gəlirinin və xarici valyutadan gəlirin azalması ilə əlaqədardır.
"Yelo Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 3 milyon 270 milyon manat azalmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 474 min manat azalıb. Nəticədə, "Yelo Bank"ın əməliyyat mənfəəti 2 milyon 795 min manat düşüb.
2025-ci ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 92 milyon 63 min manat, cəmi əməliyyat xərcləri 72 milyon 225 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 19 milyon 837 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 865 min manat mənfəətə əlavə olunub. Bank 22 milyon 702 min manat əməliyyat mənfəətindən 3 milyon manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 95 milyon 332 min manat, cəmi əməliyyat xərcləri 72 milyon 699 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 22 milyon 633 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatladan azad olmuş 3 milyon 386 min manat mənfəətə əlavə edilmişdi. Ötən ilin 1-ci yarısında "Yelo Bank"ın mənfəət vergisi ödənişi olmamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında "Yelo Bank"ın cəmi aktivləri 44 milyon 47 min manat və ya 3,4% artaraq 30 iyun 2025-ci il tarixində 1 milyard 323 milyon 684 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 60 milyon 141 min manat artaraq 995 milyon 231 min manata, o cümlədən, istehlak kreditləri portfeli 29 milyon 363 min manat artaraq 292 milyon 940 min manata, biznes kreditləri portfeli 24 milyon 265 min manat artaraq 611 milyon 508 min manata, ipoteka kreditləri porteli 6 milyon 514 min manat artaraq 90 milyon 782 min manata yüksəlib.
DEPOZİT PORTFELİ ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında "Yelo Bank"da depozitlər 19 milyon 610 min manat və ya 2,1% artaraq 948 milyon 384 min manata çatıb.
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2025-ci il tarixində "Yelo Bank" ASC 163 milyon 192 min manat məcmu kapitala malik olub. Bank 2024-cü ilin sonunda 148 milyon 748 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 19 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq