Yelo Mobil POS xidmətinə qoşulun, ödənişlər üçün komissiya ödəməyin

Yelo Mobil POS xidmətinə qoşulun, ödənişlər üçün komissiya ödəməyin®Alıcılar get-gedə nağdsız ödənişlərə üstünlük verirlər. Bu tendensiyaya uyğunlaşmaları üçün Yelo Bank mikro və kiçik biznes sahiblərinə Mobil POS xidmətini təqdim edir. Yelo Mobil POS ilə ənənəvi POS-terminal olmadan, sadəcə smartfon və ya planşetlə ödəniş qəbul edə bilərsiniz. Artıq Yelo Mobil POS xidmətinə qoşulmaq üçün daha bir unikal fürsət təqdim olunur! İyulun 31-dək davam edəcək kampaniya çərçivəsində xidmətə yeni qoşulanlar, istənilən Visa kartları ilə qəbul ediləcək ödənişlər üçün komissiya haqqı ödəməyəcəklər!
Əlavə olaraq, Yelo Mobil POS xidmətinə qoşulan müştərilərə Bank tərəfindən biznes kartı hədiyyə edilir. Bu kartla aparılan nağdlaşdırma əməliyyatları da pulsuzdur.
Yelo Mobil POS ilə işiniz daha asan və rəqəmsallaşmış olacaq:
Xidmətə qoşulmaq ödənişsizdir və dövriyyə tələb olunmur,
Android əsaslı smartfon və planşetlərlə nağdsız ödənişləri istənilən yerdə qəbul edə bilərsiniz,
Asan və etibarlı nağdsız ödəmə imkanı müştəri məmnuniyyətini artırır,
Bütün əməliyyatlar Visa-nın təhlükəsizlik tələblərinə uyğun olaraq etibarlı şəkildə qorunur.
Yelo Bank-da cari hesabı olan sahibkarlar üçün Mobil POS xidmətinə qoşulmaq çox sadədir – filiala getmədən, tamamilə onlayn şəkildə qeydiyyatdan keçə bilərsiniz!
Biznesinizi rəqəmsallaşdırmağa başlamaq üçün siz də Yelo Mobil POS xidmətinə qoşulun! Daha ətraflı məlumat: .
Mobil POS terminal ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 23 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto