Ziraat Bank Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib

Ziraat Bank Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib®Ziraat Bank Azərbaycan Bakı şəhərində yerləşən, sayca 11-ci olan yeni "Neftçilər" filialını müştərilərinin istifadəsinə təqdim edib.
Açılış tədbirində Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti kəsərək bankın Bakı şəhəri, Qara Qarayev prospekti 229 ünvanında yerləşən yeni "Neftçilər" filialını rəsmi şəkildə müştərilərin istifadəsinə təqdim ediblər.
Ziraat Bank Azərbaycanın "Neftçilər" filialının açılış tədbirində həmçinin Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB, TÜİB və MÜSİAD kimi qeyri-hökumət təşkilatlarının sədrləri, nümayəndələri və bir çox sahibkarlar iştirak etdilər.
Ziraat Bank Azərbaycan tərəfindən bildirilib ki, filialın açılmasında əsas məqsəd Nizami rayonu və ətraf ərazilərdə yaşayan hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli, operativ bank xidmətlərini təqdim etməkdir.
Dünyanın bir çox ölkəsində uğurla fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir banklar şəbəkəsi vasitəsilə təqdim etmək imkanına sahibdir. "Bir Bankdan Daha Artıq" şüarı ilə fəaliyyət göstərən bankın yeni "Neftçilər" filialı müasir və funksional infrastruktura malikdir və həftənin 5 günü – saat 09:00-dan 17:00-dək müştərilərin xidmətindədir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edibZiraat Bank Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib/ banker.az

Banklar     Tarix: 23 aprel 2025

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler bu gunun xeberleri bitkoin almaq avtomobil xeberleri birbank