Ziraat Bank Azərbaycan 2022-ci ili uğurla yekunlaşdırdı

Ziraat Bank Azərbaycan 2022-ci ili uğurla yekunlaşdırdı®Ziraat Bank Azərbaycan 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Hesabatlara əsasən bank böyüməyə və müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, açıqlanmış maliyyə hesabatlarına əsasən 2022-ci il ərzində bankın aktivləri 36,3% artaraq 529 mln. manata çatmış, bankın kredit portfeli isə banklar və digər maliyyə institutları istisna olmaqla 37,5% artaraq  317 mln. manatı keçmişdir. Bankın məcmu kapitalı 31% artaraq 102 mln. manatı keçmişdir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan 2022-ci ildə Nizamnamə kapitalını da 31% artıraraq 65 mln. manata çatdırmışdır.  
Bank müştərilərinin inam və etibarını qazanmağa davam edir. Göstəricilərdən biri olaraq bankın depozit portfelində il ərzində müşahidə edilən mühüm artımı bunun sübutu kimi qeyd etmək olar. Belə ki, Bankın cəmi depozit portfeli banklar və digər maliyyə institutları istisna olmaqla 2021-ci ilin sonu ilə müqayisədə 51% artaraq 318 mln. manata çatmışdır. Bankın xalis mənfəəti isə 7,5 mln. manatı keçmişdir.
2022-ci il ərzində Bankın beynəlxalq və yerli təşkilatlar ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Bank tərəfindən yerləşdirilmiş kreditlərdə keçən ilin sonu ilə müqayisədə 24% artım müşahidə olunub. Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu vəsaiti hesabına verilmiş kreditlərdə isə 2021-ci ilin sonu ili müqayisədə 2.7 dəfədən artıq artım müşahidə edilmişdir. 
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətləri daha da yaxşılaşdırılması məqsədi ilə Fransanın Societte Generale bankında yeni AVRO müxbir hesabı açaraq  beynəlxalq müxbir əlaqələrini  genişlətmiş və hesabların sayını səkkizə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Societte Generale AVRO valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Qeyd edək ki, Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
Ümumi olaraq hesabatlara əsasən bank 2022-ci il ərzində əsas maliyyə göstəriciləri üzrə illik fəaliyyətini uğurla tamamlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri valyuta kurslari bitcoin