Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub

Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub®Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübünə dair maliyyə nəticələri ilə dayanıqlı inkişaf strategiyasını uğurla davam etdirdiyini bir daha göstərib. Bankın əsas maliyyə göstəriciləri üzrə qeydə alınan artım müştəri etimadının, effektiv idarəetmənin və davamlı inkişaf strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir.
2025-ci ilin ikinci rübü ilə müqayisədə Bankın kredit portfeli 33% artaraq 832 milyon manata çatıb. Kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditləri isə 28% artaraq 735 milyon manata yüksəlib. Bu göstəricilər Ziraat Bank Azərbaycanın real sektorun maliyyələşdirilməsində mühüm rol oynamağa davam etdiyini göstərir.
Depozit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ümumi depozit portfeli 50% artaraq 1 milyard 266 milyon manata çatıb. Xüsusilə hüquqi şəxslərin müddətli depozitləri 95 artaraq müştərilərin Banka olan etimadının daha da möhkəmləndiyini nümayiş etdirib.
Bankın gəlirlilik göstəriciləri də müsbət dinamikanı davam etdirib. Xalis əməliyyat mənfəəti 34% artaraq 21 milyon manata, xalis faiz gəliri 38% artaraq 26 milyon manata, xalis mənfəət isə 14% artaraq 11,6 milyon manata yüksəlib.
Eyni zamanda, Ziraat Bank Azərbaycanın cəmi aktivləri 46% artaraq 1 milyard 560 milyon manata, cəmi kapitalı isə 20% artaraq 174 milyon manata çatıb. Bu nəticələr Bankın maliyyə dayanıqlığını daha da gücləndirdiyini və davamlı inkişafını uğurla davam etdirdiyini təsdiqləyir.
Ziraat Bank Azərbaycan gələcək dövrdə də müasir bankçılıq həlləri, innovativ məhsullar və müştəriyönümlü xidmət yanaşması ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməyi və müştəriləri üçün etibarlı maliyyə tərəfdaşı olmağı hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 17 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti