Ziraat Bank Azərbaycan ABA tərəfindən 5 nominasiya üzrə mükafatlandırılıb

Ziraat Bank Azərbaycan ABA tərəfindən 5 nominasiya üzrə mükafatlandırılıb®Ziraat Bank Azərbaycan 2023-cü il ərzində göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən mükafatlara layiq görülüb. Bank ötən il ərzində həyata keçirdiyi  layihələrə görə 5  fərqli nominasiya üzrə mükafatlandırılıb.
Ziraat Bank Azərbaycan ötən il ərzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Bərabərlik dünyamızı birlikdə yaradaq" lozunqu altında əməkdaşların eşitmə və nitq məhdudiyyəti olan müştərilərlə səssiz ünsiyyətin qurulması bacarığının öyrənməsi məqsədilə 2 aylıq təlim keçməsi, Novruz Bayramı münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə keçirdiyi "Ağac əkmə" aksiyası, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Bakı Dövlət Universiteti və Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan "Sərhədsiz istedadlar" adlı sərgiyə dəstəyi və digər sosial layihələri üçün  "Korporativ sosial məsuliyyət" nominasiyasına layiq görülmüşdür. Həmçinin, Bank ötən il ərzində yeni iş fəaliyyətinə başlayan 11 gəncin Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə 40 günlük təlim proqramına göndərdiyi və Azərbaycanda fəaliyyət göstərən Expert Qruplarının "Ziraat Bankası" ilə görüşlərin təşkilinə dəstək göstərdiyi və maliyyə savadlılığının artırılması istiqamətində göstərdiyi digər fəaliyyətləri üçün "Maliyyə Savadlılığı dəstəkçisi" nominasiyasına da layiq görülmüşdür. 
Bankın Rəqəmsal ödənişlər sahəsində göstərdiyi fəaliyyəti də diqqətə səbəb olub. Belə ki, ötən il ərzində Bankın iki tərəfli Bankkart Kredit kartının müştərilərinin istifadəsinə təqdim etməsi, Google Pay xidmətinin həm VİSA, həm MasterCard kartlarının istifadəçiləri üçün aktiv etməsi, Türkiyə Cümhuriyyətində baş vermiş fəlakət nəticəsində zərərçəkənlərə yardım etmək istəyən Azərbaycan vətandaşarına müxtəlif həll yollarının təqdim edilməsi üzrə fəaliyyəti üçün Bank "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" mükafatına da Azərbaycan Banklar Assosiasiyası tərəfindən layiq görülmüşdür. 
Ziraat Bank Azərbaycan şəhid və qazi ailələrinin övladlarının təhsil almalarına dəstəyi üçün "Təhsil dəstəkçisi", Aztəminatlı ailələrə dəstək məqsədi ilə yaradılan Özünüməşğulluq proqramı çərçivəsində  şəhid ailələri, müharibə iştirakçıları və qadın sahibkarlarını müxtəlif sahələrdə iş fəaliyyətlərinə başlamaları üçün yeni avadanlıqlarla təmin etdiyinə görə "Özünüməşğulluq Proqramında iştirak" nominassiyaları üzrə də mükafatlandırılmışdır.
Qeyd edək ki, "Bankçılıq Mükafatları" tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların  fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir

Əgər müxtəlif banklarda olan kreditlərinizi bir ünvanda, həm də daha aşağı faizlə və komissiyasız birləşdirmək istəyirsinizsə, "Unibank"ın kampaniyası sizə bu imkanı yaradır. Kampaniya çərçivəsində kreditləriniz

Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings"

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişməyərək 6,75 % səviyyəsində saxlayacaq. Bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib. ING qey

Azərbaycanda kredit kartları ilə verilən kreditlər bahalaşıb

2025-ci ilin son rübündə istehlak kreditləri üzrə orta faiz dərəcələrində kiçik dəyişikliklər müşahidə olunub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit kartları vasitəsilə verilən kreditlərin orta faiz

Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI

2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat gəlirləri 300 milyon manatdan çox olub. Bunlar, "Kapital Bank" (1 milyard 881,7 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 547,1 milyo

Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni  ""Bankkart Prestij"" kredit kartını təqdim edir

Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha rahat bankçılıq təcrübəsi təqdim edən yeni Bankkart Prestij kartını istifadəyə verib. Mastercard Black Edition statusuna malik olan bu kart, sahiblərinə hə

"Kapital Bank"ın sədrinə birinci müavin təyin edilib

"Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev "Bir"

Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanmas

ABB-dən yüksək gəlirli əmanət kampaniyası

Müştərilərə sərfəli fürsətlər yaradan ABB yeni əmanət kampaniyasına start verib. "Qış təklifi" kampaniyası çərçivəsində müştərilər manatla vəsaitlərini "Klassik" əmanət və DigiDeposit üzrə ABB-də yerləşdiri


iqtisadi xeberler valyuta xeberleri leobank kart investisiya en son xeberler