Ziraat Bank Azərbaycan Google Pay xidmətini istifadəyə verdi

Ziraat Bank Azərbaycan Google Pay xidmətini istifadəyə verdi(®) Ziraat Bank Azərbaycan təqdim etdiyi məhsul və xidmətlərdə son texnoloji yenilikləri tətbiq etməyə davam edir.
Bank Google PayTM təmassız ödəniş xidmətini ilkin olaraq VISA kart sahibi olan müştərilərinin istifadəsinə təqdim edib. Bununla da Bankın müştəriləri rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google PayTM ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus VISA plastik kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Ziraat Bank Azərbaycana məxsus VISA kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link:  . Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən VISA kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 05 aprel 2023

Oxşar xəbərlər

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri biznes xeberleri leobank kart