Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu

Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu®23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya mühitinin inkişafı və biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olub. Forumun baş sponsorlarımdan biri qismində çıxış edən Ziraat Bank Azərbaycan, tədbirdə maliyyə sektorunun investisiya proseslərindəki strateji rolunu ön plana çıxarıb.
Forum çərçivəsində maliyyə sektorunun iştirakı ilə təşkil olunan panel sessiyalarında müasir investisiya maliyyələşməsi yanaşmaları, risklərin idarə olunması, layihələrin düzgün strukturlaşdırılması və dayanıqlı maliyyə modelləri ətrafında geniş müzakirələr aparılıb.
Biznesə maliyyə və sığorta dəstək mexanizmlərinə həsr olunmuş panel sessiyasında çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir bildirib ki, bu gün investisiya layihələrinin uğuru təkcə maliyyə mənbələrinin mövcudluğu ilə deyil, düzgün planlaşdırılmış maliyyə strukturu, sağlam təşkilati model və davamlı pul axını ilə müəyyən olunur.
Onun sözlərinə görə, müasir investisiya anlayışında əsas sual "maliyyəni haradan tapmaq" deyil, "maliyyəni necə qurmaq lazımdır ki, layihə uzunmüddətli olsun" yanaşmasıdır. Dr. Selçuk Demir vurğulayıb ki, düzgün strukturlaşdırılmamış layihələr ən güclü maliyyə dəstəyi şəraitində belə arzu olunan nəticəni verməyə bilər.
Panel zamanı bankların investisiya layihələrinə yanaşmasından danışan Dr. Selçuk Demir qeyd edib ki, banklar layihələri yalnız kreditlərin geri qaytarılması prizmasından qiymətləndirmir. Layihələr: iqtisadi səmərəlilik, bazar potensialı, risklərin balanslı idarə olunması, davamlı pul axını, məşğulluğa və ölkə iqtisadiyyatına töhfə, uzunmüddətli inkişaf imkanları kimi meyarlar əsasında kompleks və sistemli şəkildə təhlil olunur.
Çıxışda investisiya layihələrinin icra müddətinin və təşkilati strukturunun düzgün qurulmasının da xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, zamanın effektiv idarə olunmaması layihə xərclərinin artmasına, maliyyə yükünün ağırlaşmasına və risklərin yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan investisiya layihələri üçün mərhələlər, resurs ehtiyacı və icra təqvimi əvvəlcədən dəqiq müəyyən edilməlidir.
Dr. Selçuk Demir forum çərçivəsində dövlət–bank–biznes əməkdaşlığının investisiya mühitinin gücləndirilməsində oynadığı rol da xüsusi vurğulanıb. Dövlət fondları, zəmanət mexanizmləri, faiz subsidiyaları, eləcə də sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə yaradılan stimulların investisiya proseslərini sürətləndirdiyi qeyd olunub.
Ziraat Bank Azərbaycanın tərəfdaşlığı ilə keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı investisiya imkanlarının artırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycan və Türkiyə biznes dairələri arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına və real investisiya layihələrinin təşviqinə töhfə verib.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində  yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri olduZiraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri olduZiraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu/ banker.az

Banklar     Tarix: 24 dekabr 2025

Oxşar xəbərlər

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhat

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn

Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir

Macarıstanın ən böyük bankı "OTP Bank" Rusiyadakı fəaliyyətini tam dayandırmaq ehtimalını nəzərdən keçirir. Qərar bankın Baltikyanı ölkələrdə fəaliyyət göstərən "Luminor"u almaq planının tənzimləyicilə

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

"Azər Türk Bank"da sədr müşaviri təyin edildi

Fərid Nadirov "Azər Türk Bank"da yeni vəzifəyə təyin olunub. xəbər verir ki, Fərid Nadirov "Azər Türk Bank" ASC-də İdarə Heyəti sədrinin Biznes və Strateji Tərəfdaşlıqlar üzrə müşaviri vəzifəsinə təyi

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

Tikinti şirkətləri bankların "sevimlisinə" çevrilib

Azərbaycanda bankların tikinti və inşaat sektoruna kredit qoyuluşları 2026-cı ilin ilk 8 ayında kəskin artıb. Avqustun sonunda bu sektor üzrə kredit portfeli 2 milyard 122,7 milyon manata çatıb. 2025-ci ilin sonunda göstəric

PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir

Konfrans global banklararası maliyyə kommunikasiya şəbəkəsi SWIFT tərəfindən təşkil olunur. Tədbir dünyanın aparıcı banklarını, maliyyə institutlarını, texnologiya şirkətlərini, tənzimləyiciləri və digər maliyyə bazarı iştirakçıların

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində


iqtisadi xeberler biznes qurmaq en son xeberler emlak xeberleri 1000 manatla biznes