Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir
®Ziraat Bank Azərbaycan müştəri yönümlü strategiyası çərçivəsində regionlardakı fəaliyyətini genişləndirməyə davam edir. Bankın növbəti mühüm addımı – Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni şöbəsini müştərilərinin istifadəsinə verməsidir.
Yeni açılan Quba şöbəsi həm fiziki, həm də korporativ müştərilərə gündəlik bank əməliyyatlarının rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı yaradır. Şöbə müasir tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub və aşağıda qeyd edilən bir sıra xidmətləri müştərilərinə təqdim edir:
Fiziki şəxslərə cari hesabların açılması;
Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması;
Əmanətlərin qəbul edilməsi;
Bankkart sifarişlərinin qəbulu;
Nağdsız valyuta mübadiləsi əməliyyatları;
Ölkədaxili və beynəlxalq pul köçürmələri;
Kredit sifarişlərinin alınması.
Quba regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən yeni şöbə müştərilərə sürətli və səmərəli xidmət prinsipləri ilə fəaliyyət göstərir. Əlavə olaraq, rəqəmsal əməliyyatlar üçün xüsusi terminallar quraşdırılıb ki, müştərilər bu avadanlıqlardan istifadə edərək öz hesablarına nağd vəsait yerləşdirə bilirlər.
Quba şöbəsi bazar ertəsi-cümə günlər mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir. Bu da müştərilərə iş saatları ərzində yüksək keyfiyyətli və operativ bank xidmətlərindən istifadə imkanı yaradır.
Ziraat Bank Azərbaycanın "ASAN xidmət"-lə əməkdaşlığı çərçivəsində istifadəyə verilən bu şöbə, bankın regionda müştəri xidmətlərini daha da əlçatan və rahat etmək məqsədi daşıyır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
/ banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?