"Ziraat Bank Azərbaycan"dan tarixi maksimum: Aktivlər ₼1 milyardı keçdi

2025-ci ilin ilk yarısında "Ziraat Bank Azərbaycan" ASC öz tarixində ilk dəfə olaraq aktivlərini 1 milyard manat həddindən yuxarı qaldıraraq mühüm maliyyə mərhələsinə imza atıb.
Banker.az bunu Bankın illik hesabatına istinadən xəbər verir.
Belə ki, bankın aktivləri 1 iyul 2025-ci il tarixinə 1 milyard 68 milyon manat təşkil edib ki, bu da ötən ilin sonunda qeydə alınmış 921.1 milyon manatla müqayisədə 16%-lik artım deməkdir.
Cəmi aktivlərdəki bu tarixi yüksəlişə əsas amil müştərilərə verilmiş kreditlərin həcminin əhəmiyyətli dərəcədə artması olub. Belə ki, müştəri kreditləri il ərzində 18% artaraq 529.7 milyon manatdan 625.6 milyon manata yüksəlib.
Ən böyük artım biznes kreditləri üzrə müşahidə olunub. 2024-cü ilin son rübündə 498.1 milyon manat olan biznes kreditləri 2025-ci ilin ikinci rübünün sonunda 576.5 milyon manata çataraq 78.4 milyon manat və ya 15.7% artıb. Bu, bankın real sektorun maliyyələşdirilməsinə verdiyi dəstəyin artdığını göstərir.
İstehlak kreditləri üzrə portfel daha sürətli artım nümayiş etdirib. Altı ay ərzində bu seqment üzrə kreditlər 5.4 milyon manatdan 16.1 milyon manata yüksəlib. Artım 10.7 milyon manat və ya 198% təşkil edib. Bu, bankın pərakəndə müştərilərə yönəlik kredit strategiyasını aktiv şəkildə genişləndirdiyini göstərir.
Daşınmaz əmlak kreditləri də artıb – 2024-cü ilin sonunda 26.3 milyon manat olan bu portfel 2025-ci ilin ortasına 33.1 milyon manata çatıb. Artım 6.8 milyon manat və ya 25.9% təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan bu portfel həm də faiz gəlirlərinin artımına şərait yaradıb. Xatırladaq ki, bu dövrdə bankın faiz gəlirləri 40%-ə yaxın artaraq 34.1 milyon manata çatıb.
Eyni zamanda, maliyyə institutlarında yerləşdirilmiş depozitlərin həcmi də iki dəfədən çox artaraq 238.3 milyon manata yüksəlib. Bu da bankın likvidlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib və ümumi aktiv strukturunun genişlənməsinə dəstək olub.

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq