Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi

Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdiZiraat Bank Azərbaycan 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəriciləri ilə başa vurub. Bankın aktivləri ötən ilin analojı dövrü ilə müqayisədə 38.2 % artım nümayiş etdirib. Bununla da, Bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə 1 milyard manat həddini keçib. Bu göstərici Bankın bazardakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və strateji böyüməsinin bariz nümunəsidir.
Real sektorun inkişafını daim dəstəkləyən Bankın biznes kreditləri portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 576 milyon manatı keçib. Bu artım, Ziraat Bank Azərbaycanın ölkə iqtisadiyyatına verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Bankın ümumi kredit portfeli 18.1 % artaraq 625.6 milyon manata çatıb.
Bankın depozit portfelində (banklar istisna olmaqla) də artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın depozit portfeli 27.6% artaraq 738 milyon manatı keçib. Bu da müştəri etibarının artmasının əsas göstəricilərindən biridir.
Bankın kapitalı da artmaqda davam edir. İlin əvvəlindən etibarən Ziraat Bank Azərbaycanın kapitalı 8.1% yüksələrək 144 milyon manatı keçib. 2025-ci ilin ikinci rübündə Bankın əməliyyat mənfəəti 15.9 milyon manat, xalis mənfəəti isə 10.1 milyon manat təşkil edib.
Bu göstəricilər, Ziraat Bank Azərbaycanın maliyyə dayanıqlığının və böyümə potensialının güclü olduğunu təsdiqləyir.
Ziraat Bank Azərbaycan ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən Bank, hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filial və Quba şəhərində yerləşən 1 şöbə ilə, həmçinin rəqəmsal platformalar üzərindən müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq