Ziya Əliyev Mərkəzi Bankın sədrinə müşavir təyin edilib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun əmri ilə Ziya Zəfər oğlu Əliyev bu vəzifəyə təyin edilib.
1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləmişdir.
2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində "İqtisadi siyasət" ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.
2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
2013-cü ilin yanvar ayından 2025-cü ilin fevral ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?