"14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılıb"

Bakıda "Azərbaycan Maliyyə Forumu 2025" tədbiri keçirilir.
Marja xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul  Əliyev çıxış edib. 
O qeyd edib ki, Azərbaycan Maliyyə Forumunun keçirilməsi  artıq yaxşı bir ənənəyə çevrilmişdir. Bu platformada hər il maliyyə sektorunun iştirakçıları mühüm mövzuları müzakirə etmək üçün bir araya gəlirlər: "Əminəm ki, bu tədbir çərçivəsində maliyyə sektorunun seqmentlərini, o cümlədən bankçılıq, mikro-maliyyə, sığorta fəaliyyəti, kapital bazarları, maliyyə texnologiyalarının inkişafı kimi aktual mövzulara həsr olunmuş diskussiyalar bütün iştirakçılar üçün faydalı olacaqdır".
Toğrul  Əliyev bildirib ki, ötən ilin əvvəlində Mərkəzi Bank "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nı təsdiq etmiş və artıq onun implementasiyasının ilk ilini yekunlaşdırmışdır. Geniş ictimaiyyət, ölkəmizin maliyyə sektoru, xarici tərəfdaşlar sözügedən strategiyanın uğurlu tətbiqinin şahididir.  Strategiya çərçivəsində əldə edilmiş nailiyyətlər ölkə iqtisadiyyatı və maliyyə sektoru üzrə beynəlxalq təşkilatlar tərəfindən aparılmış qiymətləndirmələrin pozitiv nəticələrində öz əksini tapmışdır. Əminik ki, qarşıdakı strateji dövrdə də bu səmərəli fəaliyyət və reytinqlərlə bağlı uğurlu tendensiya davam edəcəkdir:
"İndi isə qısa olaraq maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüslər barədə danışmaq istərdim. Bu təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir.
Bunlardan birincisi maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, 2024-cü il ərzində Mərkəzi Bank tərəfindən prudensial tənzimləmə çərçivəsinin modernizasiyası davam etdirilmiş, banklarda korporativ idarəetmə standartlarına yenidən baxılmış, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edilmiş, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edilmişdir. Risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə hər zaman olduğu kimi xüsusi önəm verilmiş, Mərkəzi Bank tərəfindən "Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası", eləcə də "Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi" təsdiq edilmişdir. Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr  üzrə tənzimləmələrin tətbiqinə start verilmişdir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunmuşdur. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilmiş, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılmışdır.
İkinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri aiddir. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilmiş, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılmış, Yaşıl Taksonomiya təsdiqlənmiş, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilmişdir.
Üçünçü qrup üzrə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlərdən danışmaq istərdim. Sözsüz ki, 2023-cü ildə "Ödəniş xidmətləri və sistemləri haqqında" Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılmışdır. Həmçinin qeyd edilməlidir ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilmiş, "Açıq bankçılıq" üzrə tələblər təsdiq olunmuşdur. Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlamışdır. Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilmişdir. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.
Son qrup olaraq, maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilmiş tədbirlərdən bəhs etmək istərdim. İstehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən geniş maarifləndirmə proqramları həyata keçirilmiş, "Maliyyə institutlarının bazar davranışlarına dair tələblər" layihəsi hazırlanmışdır. Ümumilikdə bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcəkdir.
Göründüyü kimi bu təşəbbüsləri həyata keçirməklə Mərkəzi Bank ümumilikdə maliyyə sektorunda innovativ ekosistemin inkişafını, təklif tərəfdə davamlı və stabil maliyyə xidmətlərinin yaranmasını, tələb tərəfdə isə məsuliyyətli və dayanıqlı borclanmanı təşviq edir. Uzunmüddətli dövr üzrə strateji məqsədimiz dinamik inkişaf edən milli iqtisadiyyatımızda stabil maliyyə sektorunun rolunu yüksəltməkdir.  
Sözsüz ki, bəhs etdiyimiz işlər və əldə edilmiş nailiyyətlər Azərbaycanın maliyyə sektorunu təmsil edən assosiasiyaların – Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının, Sığortaçılar Assosiasiyasının, Fond Bazarı İştirakçıları Assosiasiyasının, Fintex Assosiasiyasının yaxından iştirakı və dəstəyi sayəsində mümkün olmuşdur. Ümid edirəm bu assosiasiyalar növbəti strateji dövrdə də Strategiya üzrə qarşıya qoyulmuş hədəflərin reallaşmasında aktiv iştirak edəcəklər.
Yekununda, bir daha vurğulamaq istərdim ki, maliyyə bazarlarının gələcəyini formalaşdırmaq və yeni çağırışlara adekvat cavab vermək üçün biz birlikdə düşünməli, bilik və təcrübələrimizi paylaşmalı, tənzimləmə və inkişaf sahəsində qabaqçıl beynəlxalq təcrübələri öyrənərək onları yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırmalıyıq. İnanıram ki, bu tədbir çərçivəsində aparılacaq fikir mübadiləsi və təcrübə paylaşımı, qarşıda duran strateji hədəflərin daha effektiv tətbiqinə şərait yaradacaq" / marja.az

Banklar     Tarix: 14 fevral 2025

Oxşar xəbərlər

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras


iqtisadi xeberler bitkoin almaq kripto biznes ideyalari dollar mezenne