20 min manatlıq əməliyyat icra edənlər araşdırılacaqlar: Bank sektorunu nə gözləyir?

20 min manatlıq əməliyyat icra edənlər araşdırılacaqlar: Bank sektorunu nə gözləyir?Ötən gün Milli Məclisdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda sözügedən yeni layihənin hazırda qüvvədə olan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun əvəzlənməsi üçün hazırlandığı diqqətə çatdırılıb. Banker.az-ın məlumatına görə, həmin qanun layihəsində əksini tapan və diqqəti çəkən məsələlərdən biri odur ki, artıq Azərbaycanda 20 min manat və daha yüksək məbləğdə əməliyyatlar həyata keçirən şəxslər rəsmi şəkildə araşdırılacaqlar.
Maraqlıdır, bu addım bank sektorunda geriləməyə gətirib çıxara bilərmi? 
Mövzu barədə  danışan maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm
20 min manatlıq əməliyyat icra edənlər araşdırılacaqlar: Bank sektorunu nə gözləyir?Əkrəm Həsənov
Həsənov qeyd edib ki, əslində, bu, yeni bir tələb deyil, həmin qanun 15 ilə yaxındır var və şəxslərin araşdırılması məsələsi də orada əks olunub:
"Sadəcə olaraq, indiyədək elə də ciddi nəzarət etməyiblər, yəqin ki, bundan sonra nəzarət etməyə başlayacaqlar. Bu, prinsipcə, bütün dünyada var. Həqiqətən də, birdən-birə vətəndaş bu qədər pulu necə əldə edə bilər? Qanunda var ki, bank onu yoxlamalı və Maliyyə Monitorinq Xidmətinə məlumat verməlidir. Vətəndaşlar isə indiyədək banklarla necə işləyiblərsə, yenə elə işləyəcəklər. Başqa variantları yoxdur".
Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycanda bu prosesin tam təmin edilməsi üçün digər qanunvericilik aktları yoxdur:
"Tutaq ki, vətəndaş gəlib banka pul qoyur. Bankdan: "Bu pulu necə əldə etmisiniz?" – deyə sual olunur. Qarşı tərəf də: "İllərlə yığdığım puldur", – deyə cavab verir. Belə bir hal yaşandıqda müştəriyə nə demək olar? Heç nə. Ancaq inkişaf etmiş ölkələrdə məsələni tənzimləmək üçün paralel olaraq gəlir və xərclərin bəyannaməsi haqqında qanun var, xüsusilə də dövlət məmurlarına aiddir. Onlar hər il nə qədər gəlir və xərclərinin olduğuna dair belə bir bəyannamə verməlidirlər. Bizdə isə bu yoxdur, ona görə də qanunların çoxu formallığa çevrilir".

Banklar     Tarix: 09 dekabr 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne birbank dollarin kursu bu gun bitkoin