"2023-cü ildə mikro sığortalar üzərində işləyəcəyik"
"Keçən ilki müsahibəmdə bildirmişdim ki, dövlət tərəfindən tənzimlənməyən məhsullar sektorunda fəaliyyətimizi genişləndiririk. Bu il xüsusən "Gəlirli Həyat Sığortası" məhsulunu qeyd etmək istərdim. Bu məhsul üzrə keçən il 29 milyon manat əldə etmişdiksə, 2022-ci il ərzində artıq bu nəticəni 50 milyona çatdırmağa müvəffəq olmuşuq. Bundan əlavə, deyim ki, 2023-cü ildə də biznesimizi bu istiqamətdə ciddi şəkildə inkişaf etdirəcəyik və paralel olaraq mikro sığortalar üzrə çalışacağıq. Düşünürəm ki, gələn ilin sonunda yeni sahədən pozitiv nəticələr əldə edəcəyik".
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov illik geniş müsahibəsində bildirib.
İsmayılov "Yeni ildə biznes planlarınız nədir?" sualına belə cavab verib:
"2021-2023-cü illər rəqəmsal transformasiya strategiyası adlanır. Bu il rəqəmsal strategiyamız tam formalaşıb, yekunlaşacaq, 2024-2026 illər üçün yeni strategiyamız yazılacaq.
IT infrastrukturla bərabər Korporativ Arxitekturamızın (Enterprise Architecture) təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Eyni zamanda rəqəmsal sistemlərimizin bizneslə daha rahat uyğunlaşması və inteqrasiyasını təmin etmək üçün 2023-cü ildə hissəli etaplarla Mikroservisə keçid proseslərini həyata keçirəcəyik.
Öncə dediyim kimi, mikro sığortalar üzərində işləyəcəyik.
Çoxdandır hazırlaşdığımız Solvency ll və IFRS 17 standartlarına gələn ildən keçid nəzərdə tutulur.
Əsas prioritetlərimizdən olan isə şirkətin tam Agile sistemə keçməsi üçün pilot layihəyə başlamaqdır. Data Driven Culture təmin etmək – yəni bütün qərarların intuisiya əsasında yox, dəqiq məlumatlar əsasında verilməsini təmin etmək. Bu istiqamətlər üzərində yol xəritəsinə uyğun olaraq çalışacağıq.
Daha sonra, Yeni Liderlik mədəniyyətinin tətbiqi – qeyd edim ki, bunun adı "Multiplier" yanaşmasıdır. Maraqlıdırsa bu barədə də oxucularımız internetdə araşdıra bilərlər. Qısaca deyim ki, əsl lider ətrafına insanları və ideyaları toplamağı və uğuru paylaşmağı bacarmalıdır. Bu da bir düşüncə tərzidir. Uğurlu lider komandasını da uğura sövq edir.
İndiki dövrdə ən önəmli keyfiyyət İnnovativlikdir. Bu mühiti yarada bilən istənilən komanda kifayət qədər öndədir. Biz bu mühiti yaratmaqla ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq".
HƏMÇİNİN OXU: / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
İlon Mask kimdir?