2024-cü ildə tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq
2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri də vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsidir.
Bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində bildirilib.
Sənəddə qeyd edilir ki, sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi və tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakları siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakların reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması nəzərdə tutulur.
Eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi, borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, vergi ödəyicisinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi nəzərdə tutulub. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?