5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 14-ü mənfəət vergisi ödəyib.
Bunlardan 5-də sözügedən məbləğ 10 milyon manatdan çoxdur. Həmin banklar, "Kapital Bank" (61,2 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (ABB, 53,7 milyon manat), "PAŞA Bank" (39,5 milyon manat), "Xalq Bank" (13,8 milyon manat) və "Bank Respublika"dır (11,5 milyon manat).
Qalan 9 bankın isə mənfəət vergisi ödəmələri 1-10 milyon manat arasında olub.
Mənfəət vergisi ödəmiş 14 bankdan 9-da bu göstərici artıb. Ən yüksək dinamika "Zıraat Bank Azərbaycan"da (2,4 dəfə), ən aşağı dinamika isə "PAŞA Bank"da (2,5%) qeydə alınıb.
4 bankın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (49,8%), ən az azalma isə ABB-də (1%) qeydə alınıb.
"Yelo Bank" bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə vergi ödəmədiyi üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Whatsapp biznesin üstünlükləri nələrdir?
İban nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?