50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın – PLANLARI AÇIQLANDI

50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın – PLANLARI AÇIQLANDIAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 7-ci hesabat seçki konfansdan bir ay keçib. Xəbər verildiyi kimi, konfransda Cəmiyyətin yeni sədri Vüqar Oruc seçilib.
FED.az yeni sədr ilə Qiymətləndiricilər Cəmiyyətinin hazırki fəaliyyətindən, gələcək planlarından, qarşıdakı işlərindən danışıb.
Vüqar Orucun sözlərinə görə, son 1 ay ərzində konfransda seçilmiş strukturların işlək hala gətirilməsinə, əsasnamələrin, fəaliyyət proqramının hazırlanmasına, o cümlədən konfransda qəbul olunmuş qərarların həyata keçirilməsinə başlanılıb:
"Bu istiqamətdə addımlar atırıq. Konfransın nəticələrilə bağlı sənədlər təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Bir sıra qeyri-hökumət qurumlarına cəmiyyətin rəhbərliyi çərçivəsində müraciətlər ünvanlanıb. Məqsəd görüşlərin keçirilməsi, cəmiyyətin sədrinin onlara təqdim olunması və fəaliyyət planı, hədəflərlə bağlı danışıqların getməsi, təkliflər planının hazırlanması olub. Xüsusilə vurğulayım ki, bununla əlaqəli hazırlıqlar gedir, əməkdaşlığımız olacaq.
Yeri gəlmişkən, idarə heyətinin ilk toplantısında müəyyən təyinatlar, istiqamətlər üzrə departamentlər formalaşıb, o cümlədən cəmiyyətin sədrinin müavinləri yeri təyinatlar alıb. Cəmiyyət tamamilə yeni biçimdə, yeni hədəflərlə və yeni komanda ilə özünü təqdim edir. Planlarımız sırasında ilk olaraq qiymətləndirmə bazarında müəyyən özünütənzimləmə fəaliyyətinin həyata keçirilməsi üçün ilkin addımlar ataq».
Qiymətləndiricilər Cəmiyyətinin üzvləri də artmağa başlayıb. Bu günə qədər təşkilatda 45 şirkət birləşmişdi. Konfrans dövründə daha 5 şirkət cəmiyyətin üzvü olmaq üçün müraciət edib və bu müraciətlər ilkin olaraq müsbət qarşılanıb.
«Yəni hazırda 50 şirkət bizim cəmiyyətdə birləşib. Yenə də bir sıra şirkətlər, MMC-lər cəmiyyətdə təmsil olunması üçün müraciət ünvanlayıblar»-deyə V.Oruc bildirib.
Sədr bildirib ki, əsas işlərdən biri peşəkar komanda olaraq cəmiyyətin texniki-təchizat məsələlərini həll etməyə yönəlib:
«Bu istiqamətdə müəyyən müraciətlər müəyyənləşdirilib. Hazırda kommunikasiyanın təşkili üçün müxtəlif qurumlarla iş aparılır».
Təşkilat sədrinin sözlərinə görə, Cəmiyyətin əsas işlərindən biri qiymətləndirmə bazarındakı problemləri araşdırmaq və həllinə nail olmaqdır: «Hazırda qiymətləndirmə bazarında ciddi problemlər var. Bunların aradan qalxması üçün qiymətləndirmə şirkətlərinin reyestri ilk formastda təsis edilib. Biz bunu daha da dəqiqləşdirib genişləndirəcəyik. Bu reyestrlə bağlı banklara və təşkilatlara məlumat göndəriləcək. Tövsiyyə olunacaq ki, yalnız bu reyestrdə olan şirkətlərlə fəaliyyət göstərsinlər».
Bundan başqa, təşkilat antidempinq fəaliyyəti də göstərəcək: «Bununla bağlı çalışırıq quruma daxil olan digər şirkətlərlə razılaşma əldə edək».
Azərbaycanda qiymətləndirmə sahəsindəki əsas problemlərdən biri də ölkədə beynəlxalq qiymətləndirmənin tətbiqi ilə bağlıdır. «Bizim təşkilat yeganə qurumdur ki, Beynəlxalq Qiymətləndirmə Standartları Komissiyasının üzvüdür və bu standartları ölkədə birbaşa tətbiq etmək hüququna malikdir. Planlaşdırmışıq ki, bu standartlaşmanın tərcüməsini və terminologiyasını müəyyən edək, sonra nəşr edək. Sonra bu standartların dövlət səviyyəsində qəbulu, təşviqi istiqamətində addımlar ataq. Bunun təcrübəyə əsasən də yeni standartlar formlaşdıraq. Çünki axırıncı dəfə yerli standart 2009-cu ildə yaradılıb. Hesab edirəm ki, bunun yenilənməyə ehtiyacı var. Buna görə addımlar atacağıq».
Qeyd edək ki, Qiymətləndirmə Cəmiyyəti artıq sertifikatlaşdırma işi beynəlxalq mütəxəssislərin iştirakı ilə kurslarla təşkil edir. Bundan başqa, ölkədə qiymətləndirmə palatasının yaranması gözlənilir. V.Orucun sözlərinə görə, AQC həmin palatanın yaranmasında fəal iştirak edəcək.

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri