92 yaşlı milyarder çip istehsalçısının - 4 Milyard dollarlıq səhmlərini alıb

92 yaşlı milyarder çip istehsalçısının - 4 Milyard dollarlıq səhmlərini alıbMilyarder Uorren Baffetin maliyyə konqlomeratı "Berkshire Hathaway" üç ay ərzində Tayvanın yarımkeçirici istehsalçısı TSMC-yə (Taiwan Semiconductor Manufacturing Company Limited) 4 milyard dollardan çox sərmayə yatırıb.
FED.az xəbər verir ki, bu, "Berkshire Hathaway"ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatdan məlum olur.
Ən böyük fondların əməliyyatlarını izləyən Amerika servisi "Whale Wisdom"a görə, üçüncü rübdə "Berkshire Hathaway"ın portfelinin dəyəri bir rüb əvvəlki 300,13 milyard dollardan 296 milyard dollara qədər azalıb. "GuruFocus" portalının məlumatına görə, portfeldə ən böyük pay hələ də İT sektoru (45,16%), sonra maliyyə (24,01%), enerji (12,05%), istehlak malları (12%), rabitə xidmətləri (3,7%) və səhiyyə (1,4%) olub. İkinci rübdə enerji sektoru portfeldəki payına görə dördüncü yerdə qərarlaşmışdı.
Ümumilikdə üçüncü rübün sonunda "Berkshire Hathaway"in portfelində 49 şirkət olub. Apple portfeldəki payına görə liderliyi qoruyub saxlayıb (41,76%). İkinci və üçüncü yerləri "Bank of America" (10,33%) və "Chevron" (8,05%) tutub. İkinci rübdə "Coca-Cola" üçüncü yeri tutsa da, sentyabrın 30-na onun payı 7,59% təşkil edib.
Baffet hansı şirkətlərin səhmlərini alıb?
"Whale Wisdom"un məlumatına görə, üçüncü rübdə "Berkshire Hathaway" eyni anda üç yeni şirkətdə mövqelər açıb (sərmayə yatırıb).
Baffet TSMC-nin 60,06 milyon səhmini alıb, üçüncü rübün sonunda paketin dəyəri təxminən 4,12 milyard dollar qiymətləndirilir.  "Berkshire Hathaway"in Tayvanın çip istehsalçısının portfeldəki payı 1,39%-ə çatıb.
92 yaşlı Baffet uzun müddətdir texnologiya sektoruna sərmayə qoymaqdan yayınıb və o, tam anlamadığı biznesə investisiya qoymaq istəmədiyini bildirmişdi. Ancaq son illərdə onun mövqeyi dəyişib və indi "Berkshire Hathaway"in rəhbəri bu sənayeyə daha çox diqqət yetirir.
Həmçinin konqlomerat tikinti materialları istehsalçısı "Louisiana Pacific"də mövqe tutub. Üçüncü rübdə 5,8 milyona yaxın səhm alınıb, hesabat dövrünün sonuna paketin dəyəri 296,69 milyon dollar, portfeldəki payı 0,1% təşkil edib.
Baffet 433,56 min səhmini əldə edərək "Jefferies" maliyyə qrupuna da daxil olmaq qərarına gəlib. Rübün sonunda paketin dəyəri 12,8 milyon dollardan bir qədər az qiymətləndirilir. (Marja)

Biznes     Tarix: 15 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes