"A-Qroup Sığorta"nın icbari sığortalar üzrə lisenziyası məhdudlaşdırıldı
Könüllü müraciət əsasında "A-Qroup Sığorta Şirkəti" ASC-yə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə "A-Qroup Sığorta Şirkəti" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 11 avqust 2023-cü il tarixindən məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?