ABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIM

ABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIMABB ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
XALİS MƏNFƏƏTİ ƏHƏMİYYƏTLİ ARTIB
Marja.az xəbər verir ki, ABB 2023-cü ilin 1-ci rübünü 80,4 milyon manat xalis mənfəətlə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 39,2 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 105% (2 dəfədən çox) və ya 41,1 milyon manat artıb.
2023-cü ilin 1-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri isə (faiz və qeyri-faiz gəlirləri) 230,4 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% və ya 80,7 milyon manat çoxdur.
ABB-nin əməliyyat mənfəəti isə 126,6 milyon manat olub (2022-ci ilin 1-ci rübündə 74.8 milyon manat təşkil etmişdi).
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 20,7 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 20,2 % və ya 5,2 milyon manat azdır.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 1,8% və ya 64,2 milyon manat artaraq 3,6 milyard manata çatıb. 
MƏCMU KAPİTALI 1,5 MİLYARDA MANATA YAXINLAŞIB
ABB 1,5 milyard manat məcmu kapitala malikdir. İlk rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 22.75%, məcmu kapitalının adekvatlıq əmsalı isə 23.52% təşkil edib. Qeyd etmək lazımdır ki, bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir. Bank 31 dekabr 2022-ci il tarixində 1,4 milyard manat məcmu kapitala malik idi. 
31 Mart 2023-cü il tarixində ABB-nin cəmi aktivləri 11,6 milyard manat, öhdəlikləri isə 9,9 milyard manat təşkil edib.
ABB-nin nizamnamə kapitalının 96,37%-i dövlətə məxsusdur.
ABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIMABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIMABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIMABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIM

Banklar     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler depozit faizleri en son xeberler telefonla pul qazanmaq bitcoin