ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı

ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı2025-cü ilin I-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.9% və ya 57.9 milyon manat çoxdur.
ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin I-ci rübü ilə müqayisədə 73 milyon 720 min manat və ya 52,7% artaraq 213 milyon 717 min manat təşkil edib.
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 40.6 milyon manat olub ki, bu da 2024-cü ilin I-ci rübü ilə müqayisədə 6,4 milyon manat çoxdur.
ABB 2025-ci ilin I-ci rübünü 65 milyon 665 min manat xalis mənfəətlə başa vurub.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 1,86% və ya 118,1 milyon manat artaraq 6,5 milyard manata çatıb. 2024-cü ilin ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 37 milyon 789 min manat artaraq 3 milyard 147 milyon 35 min manata yüksəlib.
MƏCMU KAPİTALI 1,8 MİLYARD MANAT TƏŞKİL EDİB
31 mart 2025-ci il tarixində ABB 1 milyard 817 milyon 983 min manat məcmu kapitala malik olub. Birinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.64%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.31% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6.5% və 12.5%) əhəmiyyətli şəkildə yüksəkdir. 31 mart 2025-ci il tarixində ABB-nin cəmi aktivləri 14,33 milyard manat, öhdəlikləri isə 12,21 milyard manat olub.
ABB BU İL REKORD MƏBLƏĞDƏ, 200 MİLYON MANAT DİVİDEND ÖDƏMƏYİ NƏZƏRDƏ TUTUB
07 May 2025-ci il tarixində Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Bank səhmdarlarına 200 milyon manat dividend ödənilməsini təklif edib. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. / banker.az

Banklar     Tarix: 14 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes