ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı
Xüsusi tənzimləmə rejimi çərçivəsində "Murabaha" mexanizmi üzrə maliyyələşdirmə məhsullarını müştərilərə təqdim etməyə başlayan ABB artıq bu istiqamətdə ilk anlaşmanı imzalayıb. Bankın "Murabaha" məhsulundan faydalanan ilk tərəfdaşı "Novco Group" şirkətidir.
"Murabaha" İslam maliyyə prinsiplərinə uyğun maliyyələşmə vasitəsidir. Məhsul sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanı yaradır. Belə ki, bu modeldə bank müştərinin ehtiyac duyduğu məhsulu satın alır və əvvəlcədən razılaşdırılmış qiymət əsasında müştəriyə satır. Qiymət və ödəniş şərtləri sonradan dəyişmir. Bankın gəliri isə müştəri ilə əvvəlcədən razılaşdırılmış ticarət marjası əsasında formalaşır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABB-nin "Murabaha" məhsulu bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. Şərtlərə gəldikdə minimal məbləğ 100 000 AZN (yaxud AZN ekvivalenti), maksimal məbləğ 5 milyon AZN-dir (yaxud AZN ekvivalenti). Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?