ABB mobile-da daha bir vacib məhsul

ABB mobile-da daha bir vacib məhsul®ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb. İndi tətbiq üzərindən "Atəşgah" Sığorta Şirkətinin Kasko sığortası məhsulunu da cəmi bir neçə toxunuşla əldə etmək mümkündür. Bu, unikal bir məhsuldur. ABB mobile ölkəmizdə kasko sığortasını təqdim edən ilk bank tətbiqidir. Müştərilər tətbiq üzərindən istənilən risklərə və parametrlərə uyğun kasko məhsulu seçə bilərlər. 
Məlum olduğu kimi, Kasko sığorta avtomobil sahibləri üçün son dərəcə mühüm bir məhsuldur. Yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı avtomobilə ziyan dəyərkən bu sığorta növü avtomobilə dəymiş zərərləri ödəyir. Zərərin ödənilməsi, müştərinin istəyinə əsasən ya avtomobilin təmir-bərpası, yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Tətbiqdə «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da aktivdir. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler bitkoin emlak xeberleri internetden pul qazanmaq bitkoin almaq