ABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəət

ABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəət"ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 30 iyun 2023-cü il tarixinə olan konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB" ASC-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest" QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir. 
Marja.az hesabatlara istinadən xəbər verir ki, ABB Qrupunun xalis mənfəəti 2023-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 857 min manat və ya 26,2% artaraq 163 milyon 204 min manat təşkil edib. Bank 2022-ci ilin ilk 6 ayında 129 milyon 347 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 34 milyon 381 min manat və ya 19% artaraq 215 milyon 625 min manat, haqq və komissiya gəlirləri isə 9 milyon 370 min manat və ya 16,9% artaraq 64 milyon 884 min manat təşkil edib. 
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyalardan gəliri 25 milyon 419 min manat və ya 2 dəfədən çox artaraq 49 milyon 606 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın  qiymətli kağızlara investisiyalardan gəliri 24 milyon 187 min manat olmuşdu. 
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında pul və pul vəsaitləri ekvivalentlərindən gələn faiz gəlirləri 58 milyon 62 min manat artaraq 66 milyon 211 min manat təşkil edib.
BÖYÜKLÜYÜ 12 MİLYARD MANATDAN ÇOXDUR
ABB Qrupu 30 iyun 2023-cü il tarixində 12 milyard 402 milyon 467 min manat cəmi aktivlərə malik olub. Qrup ötən ilin sonuna 14 milyard 177 milyon 619 min manat cəmi aktivlərə malik idi. Aktivlərinin düşməsinin əsas səbəbi müştərilərin hesablarındakı vəsaitlərin 2 milyard 127 milyon 576 min manat azalaraq 9 milyard 124 milyon 445 min manata geriləməsi ilə əlaqədardır. 
KREDİT PORTFELİ 4 MİLYARD MANATI AŞIB
ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər 30 iyun 2022 - 30 iyun 2023-cü il dövründə 636 milyon 182 min manat artaraq 4 milyard 37 milyon 240 min manata çatıb.
Qeyd edək ki, "ABB" ASC-nin nizamnamə kapitalının 96,6%-i dövlətə məxsusdur.
ABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəətABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəətABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəətABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəət

Banklar     Tarix: 06 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank