ABB-nin daha bir filialı da yeniləndi
ABB filiallarının transformasiyası layihəsini uğurla davam etdirir.
Bankın yaydığı məlumatda bildirilir ki, əhali sayına görə ölkəmizin dördüncü ən böyük şəhəri sayılan Mingəçevirdə müştərilərə daha yaxın olmaq və onlara yüksək xidmət göstərmək üçün Bankın Mingəçevir filialı yeni binada fəaliyyətə başlayıb. Filial Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 96a ünvanında müştərilərin xidmətindədir.
Mingəçevir filialının binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğun qurulub. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər Mingəçevir filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. / marja.az

"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
ABB Özbəkistandakı "Davr Bank"da pay alır
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
1000 manatla hansı biznesi qurmaq olar?
SMM nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
Biznesə aid ən yaxşı 10 kitab