ABB-nin KOBİA şöbəsi açıldı
Biznesin etibarlı tərəfdaşı olan ABB kiçik və orta sahibkarlar üçün daha da əlçatan
olmaqdan ötrü Bakı KOB evində yeni şöbəsini açıb. KOBİA şöbəsi Bakı şəhəri,
akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərir.
Geniş məkanda yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə
binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
KOBİA şöbəsində bütün müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların
açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının
sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir
çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə
etmək olar. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
İlon Mask kimdir?