ABB-nin səhmləri yay minimumundan 17% bahalaşıb – Səhmlər niyə cəlbedici oldu?

ABB-nin səhmləri yay minimumundan 17% bahalaşıb – Səhmlər niyə cəlbedici oldu?Azərbaycanda səhmləri yeganə sərbəst ticarətdə olan dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) səhmləri iki il əvvəlki IPO-dan sonra son illərin ən uzunmüddətli yüksəliş qiymət intervalını qorumaqla yadda qalıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, ABB-nin səhmləri hazırda 29–30 qəpik diapazonunda ticarət edilir. 2025-ci ilin noyabrından bu diapazona daxil olan səhmlər ardıcıl doqquzuncu həftədir ki, minimal olaraq orta qiymətini 29 qəpik səviyyəsində qoruyur. Hazırkı diapazon yay aylarındakı minimal qiymətdən təqribən 17% yüksəkdir.
Hazırda səhmləri əsas dəstəkləyən məqam ABB-də yüksək həcmli xalis mənfəət və dividend premyasıdır. Məsələn, dövlət bankı sonuncu dəfə üçüncü rübdə 261.3 mln. manat xalis mənfəət əldə edib. Məlum olur ki, bank sektorunun həmin dövr üzrə ümumi mənfəətində dövlət bankının payı təxminən 29% təşkil edir. Mərkəzi Bankın son məlumatlarına görə isə sektor ilk 11 ayda ümumilikdə 1 milyard 58.9 milyon manat xalis mənfəət əldə edib.
"İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır", – deyə bankın İdarə Heyətinin üzvü, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev səhmdarlara bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan yaranacağına işarə edib. Əliyev bunu ilk üç rübünə dair açıqlamasında bildirmişdi. Bank ötən ilin mayında ümumilikdə səhmdarlara 200 mln. manat dividend ödəyib.
ABB-nin səhmləri yay minimumundan 17% bahalaşıb – Səhmlər niyə cəlbedici oldu?Mənbə: BFB
Bununla belə, ABB səhmlərini dəstəkləyən digər fundamental faktor hazırda Mərkəzi Bankın pul siyasətindəki yumşalmadır. AMB-nin son siqnalları və faiz endirimləri demək olar ki, bütün əsas banklarda müşahidə olunub. Banker.az-ın monitorinq qrupunun dünənki araşdırmasına görə, indiyə qədər yüksək faiz təklif edən müddətli depozitlərin illik dərəcələri nisbətən aşağı düşməkdədir. Adətən depozitlərin gəlirliliyi azaldıqda investorlar üçün səhmlər daha cəlbedici olur. Məsələn, ABB-nin 2025-ci ilin mayındakı dividend gəlirliliyi 16% təşkil edib.
Bankın mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır.

Banklar     Tarix: 07 yanvar 2026

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq