ABB-nin süni intellekt modellərinin sayı 176-a çatıb
®ABB "NVIDIA" HGX B200 əsaslı "Dell GPU" serverlərinin satın alınması üçün tender elan edib.
İştirakçı şirkətlərin xidmət göstərilən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyətinin olması tələb edilir. İddiaçılar təkliflərini 10 aprelə qədər müvafiq qaydada ABB-yə təqdim edə bilərlər.
Bankdan əldə etdiyimiz məlumata görə, ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır.
"NVIDIA" HGX B200 əsaslı "Dell GPU" serverlərindən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.
Qeyd edək ki, ABB-nin müxtəlif istiqamətlərdə tətbiq etdiyi süni intellekt modellərinin sayı artıq 176-a çatıb. Bankdan verilən məlumata görə, bu modellər ABB üçün 34.5 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. Hazırda ABB-də süni intellekt əsaslı 69 layihə həyata keçirilməkdədir.
ABB bu günlərdə AI-khan və AI-nur adlı süni intellekt köməkçilərini də bütün müştərilərin istifadəsinə verib. Onlar müxtəlif bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.
"NVIDIA" HGX B200 əsaslı "Dell GPU" serverlərinin satın alınması üçün tenderin keçirilməsi ABB-nin dayanıqlı süni intellekt infrastrukturunun qurulmasına da ciddi investisiyalar etdiyini göstərir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?