ABB-nin törəmə innovasiya şirkəti yaradılacaq
13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləvi emissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq 1 281 271 392.54 manata çatdırılıb. Bankın nizamnaməsi yeni redaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.
Qeyd edək ki, 13 dekabr 2024-cü ildə baş tutmuş yığıncaq ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.
Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları üçün gündəlikdəki məsələlər üzrə elektron qaydada səsvermədə iştirak imkanı yaradılıb. Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına, kağız daşıyıcılarından istifadənin minimuma endirilməsinə imkan verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları