ABB "SIBOS-2024" beynəlxalq sərgi-konfransında təmsil olunur
(®) Oktyabrın 21-dən Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT).
Oktyabrın 24-dək davam edəcək "SIBOS-2024" sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuad İslamov, Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov, departamentin şöbə müdiri Tural Oruclu təmsil edir.
SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır.
"SIBOS–2024" çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən Bankın uzunmüddətli tərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW, Commerzbank, Deutsche Bank, ABN AMRO, ODDO BHF, Zurcher Kantonalbank, Raiffeisen, ICBC, Vakifbank, İşbank, Akbank, Mashreq, First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Həmçinin risk, hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, innovasiyalar sahəsində finteklərin nümayəndələri ilə də görüşlər olacaq, gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılacaq. ABB təmsilçiləri maliyyə texnologiyaları, süni intellekt, data ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edəcəklər. / marja.az

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb
BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub
"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB
PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
Ən bahalı otellər hansılardır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Bitcoin necə işləyir?
Fond birjası nədir?