ABB Sumqayıtda 3-cü filialını açdı
®Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb. Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb.
Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi – 112/14 ünvanında müştərilərin xidmətindədir.
3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?