ABB Süni İntellekt xidmətini təqdim etdi

ABB Süni İntellekt xidmətini təqdim etdi®Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir.
ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir.
Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər.
Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq.
Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur.  ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu  məlumatlarla bağlı suallara cavab vermir.
ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 23 yanvar 2024

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya