ABB Tam Visa kartını təqdim etdi
(®) ABB müştərilərə yeni üstünlüklər qazandıran Tam Visa kartını bazara təqdim edib.
Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. Tam Visa kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir.
Bu kart ödənişlərdən 10%-dək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 000 AZN-dək komissiyasızdır. FaydaMax-da "Qızıl"mərhələyə çatdıqda müştəri 2x ƏDV Geri Al-dır.
Üstəlik, kart sahibləri Tam Visa ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq Costa Coffee-də, ParkCinema-da, Crunch Burger-də müxtəlif imtiyazlar verilir.
Bundan başqa, 31 mart 2026-cı il tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni Tam Visa kartı ilə Apple Pay, yaxud Google Pay vasitəsilə edilən ödənişlər sərnişinlərə 100% keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100% keşbek olaraq ABB mobile-dakı "Faydalı keşbek" balansına köçürülür. Kampaniya yalnız AZN valyutalı yeni Tam Visa kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız Apple Pay və Google Pay texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir.
Tam Digi Visa kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın əh bahalı brendləri - TOP-10
ZARA-nın uğur hekayəsi
Kriptovalyuta nədir və necə alınır?
CV-nin tərtib edilməsi prinsipləri
Elon Musk kimdir?