ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdiABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu — "ABB-AZAL Miles" kobrend kartını bazara təqdim edib.
"The Ritz-Carlton" hotelində kartın təqdimatı keçirilib. Təqdimat tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.
"ABB-AZAL Miles" kobrend kartı ilə müştəri eyni zamanda həm ABB-nin, həm AZAL-ın təqdim etdiyi özəl üstünlüklərdən faydalanır. Kart istifadəçisi gündəlik ölkədaxili və ölkəxarici nağdsız ödənişlərini bu kartla edərək hər ödənişindən millər qazanır. Qazanılmış milləri AZAL-ın mobil tətbiqində, yaxud rəsmi azal.az saytında onlayn şəkildə asanlıqla uçuş biletinə çevirmək olur.
Kartın müddəti 5 ildir. Hər bir müştəri bu müddətdə limitsiz sayda millər toplayıb sonradan onları uçuş biletinə çevirə bilər. Müştərinin qazandığı millərlə 36 ay ərzində özünə və ailə üzvlərinə uçuş bileti əldə etmək imkanı var.
Bundan başqa, "ABB-AZAL Miles" kobrend kartları ilə seçilmiş məhsuldan asılı olaraq bir çox digər üstünlüklərdən də faydalanmaq mümkündür:
Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti, "Fast Track" keçidləri, "Lounge" zallarına pulsuz giriş, "duty-free" endirimləri;
- Səyahət zamanı pulsuz rouminq xidməti;
- Digər ölkələrə pulsuz viza müraciətinin təşkili;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlərindən yararlanmaq;
- Hotel və restoran endirimləri;
- Səyahət sığortası və s.
Kartın təqdimatı tədbirində çıxışı zamanı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Biz bu kartı yaradarkən, dəyərli partnyorumuz Azərbaycan Hava Yolları Şirkəti ilə gücümüzü birləşdirdik. Rahat və innovativ maliyyə həllərini, eksklüziv səyahət üstünlükləri ilə bir araya gətirdik. Müştərilərə, Azərbaycan vətəndaşlarına səyahətləri daha əlçatan etməyi hədəflədik. Onların gündəlik alış-verişlərini, gündəlik həyat ritmini unudulmaz səyahətlərə çevirməyə imkan yaratdıq".
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev təqdimat mərasimindəki nitqində qeyd edib: "Azərbaycanın milli aviadaşıyıcısı olaraq səyahətləri daha əlçatan, rahat və xoş etmək məqsədilə ölkənin ən böyük bankı ABB ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik. ABB ilə birgə təqdim etdiyimiz "ABB-AZAL Miles" kobrend kartı sərnişinlər üçün yeni imkanlar açan mühüm layihədir". 
"ABB-AZAL Miles" kartlarını ABB mobile vasitəsilə sifariş etmək olar. Ünvana çatdırılma xidməti də mövcuddur. Kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.
ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdiABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdiABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdiABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi/ marja.az

Banklar     Tarix: 20 dekabr 2024

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq en son xeberler pul qazanmaq