ABŞ-da bankların bağlanması Azərbaycana necə təsir edəcək?

ABŞ-da bankların bağlanması Azərbaycana necə təsir edəcək?ABŞ-ın reytinq baxımından böyük banklarından olan "Slicon Valley" bankının bağlanması, eləcə də Avropada İsveç bankı ilə bağlı yaranmış problemlər dünyanın iqtisadiyyat üzrə ixtisaslaşan beyin mərkəzlərində geniş müzakirələr və araşdırmalar üçün zəmin yaradıb. Yaranmış proses böyük maraq doğurub və aparıcı iqtisadçılar tərəfindən yaxından izlənilir.
Bəs hadisələr ümumdünya maliyyə sisteminin parçası olan Azərbaycan bankçılığının duruma necə təsir göstərəcək? Azərbaycanın bank sistemi oxşar problemlərlə üzləşə bilərmi?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ABŞ banklarının bağlanması nəzarətlə həyata keçirilir:
"ABŞ-da bir-birinin ardınca iflası elan olunmuş bankların digərləri ilə müqayisədə nüfuzuna baxdıqda, ilkin mərhələdə müəyyən qorxulu anların yaşandığı mənzərəsi yaranır. Eyni zamanda, gələcəklə bağlı problemlərin proqnozları və işartıları görünür. Lakin bu proses tamamilə ABŞ-ın, xüsusilə də Federal Ehtiyyatlar Bürosunun nəzarəti altında baş verir. Keçən il FED-in nisbətən aqressiv siyasəti, yaxud uçot dərəcəsinin artırılması nəticəsində bu banklarda yaranan problemlər iflasa səbəb oldu. ABŞ iqtisadiyyatının həcmini və burada baş verənləri analiz etdikdə hesab edirəm ki, proses öncədən düşünülüb. Bir növ təzyiqi götürmək üçün "qazanın qapağı açılıb". Maliyyə sistemində silkələnmə, müəyyən məsələlərdə daha diqqətli olmaq və s. kimi hallardan söhbət gedir ki, daha sonra prosesə nəzarəti müşahidə edəcəyik. Bankların kütləvi iflasının və böyük bir maliyyə böhranının yaşanacağını düşünmürəm".
Onun sözlərinə görə, ABŞ-da onlarla bank bağlansa, vəziyyət Azərbaycana da təsir edə bilər: "Əgər ABŞ-da bağlanan bankların sayı onlarla olsa, bu Azərbaycana təsir göstərəcək. Hazırkı vəziyyətin Azərbaycan iqtisadiyyatı və bankları üçün ciddi fəsadları olmayacaq. Dolların bahalaşması ABŞ iqtisadiyyatının nisbətən daraldılması, bununla da inflyasiyanın nisbətən tənzimlənməsi məqsədi güdür. Azərbaycanda isə manatın məzənnəsi və onun dollarla qiymət nisbəti bilavasitə Mərkəz Bank tərəfindən inzibati metodlarla tənzimlənir. Bu da  kənarda baş verənlərin birbaşa manatın məzənnəsinə təsirini sıfıra endirir. Hazırda Azərbaycanın, xüsusilə də Mərkəzi Bankın 9,043 milyard dollarlıq ehtiyyatının olması, təbii olaraq neft ehtiyyatlarının da artması, ümumilikdə Azərbaycanın valyuta ehtiyatının yuxarı səviyyədə formalaşması manatın məzənnəsinə yaranmış təsirləri asanlıqla dəf edə biləcək. İndiki məqamda ABŞ-da baş verənlərin Azərbaycanın iqtisadiyyatına ciddi bir təsiri yoxdur".
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, dünyada maliyyə və bank sistemi ilə bağlı narahatlıqlar var: "Son günlər Amerikada "Slicon Valley", Avropada isə İsveç bankı ilə problemlər dünya birjalarında təlatümə səbəb oldu. Çox ciddi dalğalanmalar var. Maliyyə və bank sektoru ilə bağlı narahatlıq var. 2008-ci il  böhranına bənzər situasiya yarana bilər. Bu həm səhmlərin, həm də neftin qiymətinə kifayət qədər ciddi təsir göstərir. Bank sistemində olan problemlər böhran anonsuna çevrilib. Həm ABŞ-dakı FED, həm də İsveçrə bankı bu məsələ ilə bağlı nə qədər lazımdırsa, maliyyə vəsaiti ödəyəcəklərini söyləyirlər. Birjaları bu hələ də sakitləşdirməyib, ancaq müəyyən qədər kəskin qiymət enmələrinin qarşısını alıb. Dünən axşam və bu gün vəziyyət sakitləşib".
Ekspert belə hesab edir ki, bunun Azərbaycan bank sisteminə dolayı yolla təsirləri ola bilər: "Baş verənlərin Azərbaycan bank sisteminə birbaşa təsiri yoxdur. Amma dünyada baş verənlər istər-istəməz Azərbaycana dolayı yolla təsir göstərəcək. Azərbaycan banklarının xaricdəki tərəfdaşları ilə müqavilələri var. "Swift" sistemi vasitəsilə pul köçürmələri var. Kreditləşəmə məsələsi var. Bank sistemində baş verənlər gələcəkdə daha da kəskinləşsə, bu, Azərbaycan bank sisteminə də təsir edə bilər".
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın bank sistemi daha lokaldır: "2020-ci ildə Azərbaycanda ard-arda 4 bank bağlananda dünyada bank sektorunda ciddi problemlər yox idi. Yəni bizdə problemlər daha çox daxildən qaynaqlanır. Bank sektorunda da vəziyyət dayanıqlıdır. Problemli banklar ya bağlandı, ya da sıradan çıxarıldı. Nəticə etibarilə bank sistemində müəyyən sağlamlaşma addımları atılmış oldu". / banker.az

Banklar     Tarix: 19 mart 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler dollar kursu kicik biznes valyuta mezennesi leobank kart