ABŞ-da hökumət bağlansa da inflyasiya göstəriciləri açıqlanacaq
ABŞ-da büdcə ilə bağlı anlaşılmazlığa görə federal hökumət bağlanmasına baxmayaraq, sentyabr ayına aid İstehlak Qiymətləri İndeksinin (İQİ) 24 oktyabrda açıqlanacağı bildirilib.
Biznes.az xəbər verir ki, ABŞ Əmək Statistikaları Bürosunun (BLS) açıqlamasında, İstehlak Qiymətləri İndeksi (İQİ) məlumatlarının yayımlanma cədvəlinin dəyişdirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, sentyabr ayına aid İQİ 24 oktyabr tarixində dərc ediləcək.
Məlumatda, hökumət xidmətləri bərpa olunana qədər başqa heç bir göstəricinin açıqlanmayacağı vurğulanıb və "Bu göstəricinin yayımlanması Sosial Təminat İdarəsinin ödənişləri düzgün və vaxtında həyata keçirməsi üçün tələb olunan qanuni müddətləri təmin edir" ifadəsinə yer verilib.
ABŞ-da verilən cədvələ əsasən, sentyabr ayına dair İQİ-nin 15 oktyabrda açıqlanması planlaşdırılırdı. Lakin federal hökumətin yeni maliyyə ili başlamazdan əvvəl Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbindən hökumət bağlanıb və bu da iqtisadi məlumat axınını ləngidib.
BLS (Əmək Statistikaları Bürosu) hökumətin bağlanması səbəbindən məlumat toplanması və iqtisadi statistikanın hazırlanması da daxil olmaqla bütün fəaliyyətlərini dayandırmışdı.
Hökumətin bağlanması səbəbindən kənd təsərrüfatı sektorundan kənar məşğulluq kimi ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi) tərəfindən yaxından izlənilən vacib göstəricilər də açıqlana bilməmişdi.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dünyanın ən çox maaş verən şirkətləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Bitcoin necə işləyir?
IMEI kod nədir?
Fond birjası nədir?