ABŞ daha bir ölkədən idxal olunan mallara rüsum tətbiq edəcək
ABŞ hökuməti, Kanadadan idxal olunan taxtaya tətbiq edilən 35%-lik rüsumla yanaşı, əlavə olaraq 10% vergi və Kanadadan gətirilən mebel kimi bəzi məhsullara 25%-lik əlavə rüsum tətbiq etmək qərarına gəlib.
Biznes.az xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətinin baş naziri Devid Ebi yazılı açıqlama verərək, ABŞ-ın Kanadadan idxal olunan məhsullara əlavə vergi tətbiq etməsinə etirazını bildirib.
Ebi bəyanatında deyib: "Cənubdakı dostlarımızla birlikdə işlədik, birlikdə döyüşdük, amma indi biz Rusiyadan — yəni Ukraynaya hücum etmiş beynəlxalq bir təcrid olunmuş dövlətdən belə daha pis bazar şərtlərinə sahibik."
Ebi, tətbiq olunan əlavə vergilərin sektora "yeni bir hücum" mənasına gəldiyini bildirərək, meşə sənayesinə yönəlmiş təhdidin dərhal aradan qaldırılmasını tələb edib.
O, həmçinin Kanada federal hökumətini meşə sənayesinə maliyyə dəstəyi göstərməyə çağırıb.
Rəsmi məlumatlara görə, Britaniya Kolumbiyası 2024-cü ildə ABŞ-a təxminən 5,6 milyard Kanada dolları (təxminən 3,9 milyard ABŞ dolları) dəyərində taxta məhsulu və 1,05 milyard Kanada dolları həcmində kağız və selüloz məhsulu ixrac edib. Əyalətdə bu sektorda təxminən 100 min nəfər məşğuldur.
Kanadanın Baş naziri Mark Karni ötən həftə ABŞ Prezidenti Donald Tramp ilə tarifləri müzakirə etmək üçün Vaşinqtona səfər edib. Tramp görüşdən sonra verdiyi açıqlamada belə deyib: "Kanada buradan çox xoşbəxt ayrılacaq."
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət