ABŞ-dən Azərbaycandakı əhaliyə pul köçürmələr bu il 55 faiz azalıb
Azərbaycana ABŞ-dən daxil olmuş fiziki şəxslərin pul baratları azalıb.
Banker.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilir.
Belə ki, 2022-ci ilin ilk yarısı ABŞ-dən $77.1 milyon pul köçürüldüyü halda, bu rəqəm 2023-cü ilin eyni dövründə $34.98 milyona düşüb. Bu da illik müqayisədə $42.12 milyon və ya 54.6 faiz azalmadır.
Azərbaycandakı fiziki şəxslərdən isə bu ölkəyə 2022-ci ilin ilk altı ayında $29.53 milyon köçürüldüyü halda, 2023-cü ilin müvafiq dövründə $26.15 milyona düşüb ki, illik 11.5 faiz azdır.
Qeyd edək ki, 2023-cü ilin ilk yarısında Azərbaycandakı fiziki şəxslərə ümumilikdə $890.75 milyonluq vəsait köçürülüb və bu illik müqayisədə 44.5 faiz azalmadır.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
SMM nə deməkdir?
Evdə biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən bahalı restoranları
Biznesə aid ən yaxşı 10 kitab