ABŞ federal hökumətin bağlanmasının büdcəyə təsiri nə olacaq?
Amerika qanunlarına görə, Konqres 1 oktyabrda başlayan və 30 sentyabrda bitən maliyyə ili üçün büdcəni təsdiqləyə bilməsə, boşluğu müvəqqəti büdcələrlə doldurmalıdır.
Biznes.az xəbər verir ki, əgər müvəqqəti büdcə də qəbul edilməzsə, federal hökumət xərcləmə səlahiyyətini itirəcək və əsas xidmətlərdən başqa bütün fəaliyyətlərini dayandıracaq.
Bu müddətdə "əsas olmayan" xidmətlərdə çalışan dövlət işçiləri ödənişsiz məzuniyyətə göndərilir, lakin ABŞ ordusu, kəşfiyyat qurumları, dövlət xəstəxanaları, hava limanları və həbsxanalarda işləyən personal fəaliyyətini davam etdirir.
"Əsas personal" kateqoriyasına daxil olan bu işçilər, hökumətin bağlanma dövründə maaşlarını adətən Konqres yeni büdcəni təsdiqləyənə qədər ala bilməyəcəklər.
Federal hökumətin bağlanması zəruri olmayan dövlət xidmətlərinin müvəqqəti dayandırılması deməkdir.
Zəruri xidmətlər (milli təhlükəsizlik, polis, hərbi əməliyyatlar, hava hərəkətinə nəzarət, təcili tibbi xidmətlər və s.) fəaliyyətini davam etdirəcək.
Bəs bağlanma niyə baş verir?
ABŞ-da büdcə qanununu həm Nümayəndələr Palatası, həm də Senat qəbul etməlidir.
Demokratlar və Respublikaçılar arasında xərclər, sosial proqramlar və müdafiə büdcəsi kimi məsələlərdə siyasi ixtilaflar hökumətin bağlanmasına səbəb olur.
Nəticədə isə dövlət xidmətlərində gecikmələr və fasilələr baş verəcək, federal işçilərin maaşlarının gecikməsi, iqtisadi qeyri-sabitlik, siyasi təzyiq və ictimai narazılıq baş verəcək.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı