ABŞ iqtisadiyyat artımının trend səviyyəsinə yaxın olacağı gözlənilir

ABŞ iqtisadiyyat artımının trend səviyyəsinə yaxın olacağı gözlənilirMilli Biznes İqtisadçıları Assosiasiyasının (NABE) sorğusuna görə, artan biznes investisiyalarının istehlak və qlobal ticarətdəki zəif artımı tarazlaşdıracağı və ABŞ iqtisadiyyatının artımını trendlərə yaxın səviyyədə saxlayacağı gözlənilir. Lakin məşğulluğun ləng artımı, işsizlik səviyyəsinin yüksəlməsi və davamlı inflyasiya bu mənzərəni kölgədə qoyacaq.

Biznes.az xəbər verir ki, sorğuda iştirak edən 40 iqtisadçının 60 faizindən çoxu tariflərin iqtisadi artımı yarım faiz bəndinə qədər azaldacağını proqnozlaşdırıb. Vergilərin nəticəsində həm idxal, həm də ixrac azalır, istehlakçı qiymətləri isə yüksəlir. Heç bir iqtisadçı tariflərin iqtisadi artımı artıracağını düşünmür.

Bununla belə, bazar ertəsi dərc olunan son rüblük sorğu, tariflərlə bağlı narahatlıqların zirvəyə çatdığı ilin əvvəlindəki bədbin mənzərə ilə müqayisədə ABŞ iqtisadiyyatına dair gözləntilərin yaxşılaşdığını göstərib.

İqtisadiyyatın 2025-ci ildə 1,8 faiz artacağı gözlənilir. Bu, iyun sorğusundakı 1,3 faizlik proqnozdan daha yüksəkdir. Federal Ehtiyat Sisteminin (Fed) üstünlük verdiyi Fərdi İstehlak Xərcləri (PCE) qiymət indeksinə əsasən, inflyasiyanın ilin sonunda 3 faiz səviyyəsində dayanacağı proqnozlaşdırılır. Lakin 2026-cı ildə yalnız 2,5 faizə qədər enəcəyi gözlənilir ki, bu da Fed-in 2 faizlik hədəfinə daha yavaş qayıdış deməkdir.

İşsizlik səviyyəsinin gələn il 4,5 faizə yüksələcəyi proqnozlaşdırılır.

Fedin faiz endirəcəyi, lakin investorların gözlədiyindən bir qədər daha yavaş templə hərəkət edəcəyi bildirilir; bu il yalnız bir faiz endirimi daha gözlənilir.

Sorğu göstərib ki, ÜDM artımı müsbət sürpriz yaratsa da, məşğulluq artımı durğun qalır. İqtisadçılar ilin qalan hissəsində aylıq orta hesabla cəmi 29 min yeni iş yerinin yaranacağını proqnozlaşdırır. Biznes investisiyalarının isə bu il 3,8 faiz artacağı gözlənilir.

Xəbərlər     Tarix: 13 oktyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto