ABŞ kapitallı BOKT ötən il zərərdən mənfəətə keçə də borcları xeyli artıb

ABŞ kapitallı BOKT ötən il zərərdən mənfəətə keçə də borcları xeyli artıbAzərbaycanda fəaliyyətdə olan ABŞ kapitallı "KredAqro" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə nəhayət xalis mənfəətə keçdiyini açıqladı.
Banker.az xəbər BOKT-nin müstəqil "Baltic Caspian Audit" MMC tərəfindən aparılan audit hesabatına istinadla xəbər verir ki, kredit təşkilatı 2022-ci ili 284 min manat üzərində xalis mənfəətlə tamamlamış olub. Ötən ili kredit təşkilatı 1 milyon 439 min manat zərərlə bitirmişdi.
"KredAqro" BOKT-nin xalis mənfəətə çıxmasında əsas rolu gözlənilən kredit zərərləri üzrə 729 min manatlıq bərbasıdır.
Belə ki, 2022-ci ildə onun faiz fəlirləri illik müqayisədə 6 faiz azalaraq 1 milyon 109 min manat təşkil edərkən, faiz xərcləri 69 faiz azalaraq 77 min manat üzərində olub. Bununla belə BOKT qeyri-faiz xərlcərini də optimallaşdırması onun illik mənfəətinə dəstək olub.
BOKT hesabat ilindəki xalis mənfəətindən sonra bölüşdürülməmiş mənfəət 2 milyon 865 min manata yüksəlmiş olub.
BORCLAR CƏLB EDİB, KREDİTLƏR VERİB
ABŞ kapitallı BOKT 2022-ci ildə əlaqəli tərəflərdən 510 min, borc qiymətli kağızlar buraxmaqla 961 min manat üzərində borc cəlb edib. Cəmi öhdəliklərinin həcmi isə 2 mln. 995 min manatdan 3 mln. 910 min manata yüksəlib.
Bu borclardan sonra müştərilərə verilmiş kreditlərin həcmi 2022-ci ildə 23 faiz artaraq 5 mln. 316 min manata yüksəlib. BOKT-nin əlində hazırda 1 milyon 187 min manatlıq satışa qədər saxlanılan aktivlər mövcuddur. Beləliklə, cəmi aktivləri son bir ildə 7 mln. 622 min manatdan 8 mln. 821 min manata yüksəlib.
Xatırladaq ki, "KredAqro", 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda  Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. "KredAqro", bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan  ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.ABŞ kapitallı BOKT ötən il zərərdən mənfəətə keçə də borcları xeyli artıbABŞ kapitallı BOKT ötən il zərərdən mənfəətə keçə də borcları xeyli artıb

Banklar     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler pul qazanmaq valyuta kurslari bitcoin online pul qazanmaq