ABŞ Qazaxıstan banklarına "Mir" kartlarına xidmət göstərməyə icazə verib
Qazaxıstan bankları ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) fiziki şəxslərin istifadə etdiyi Rusiyanın "Mir" sisteminin ödəniş kartları ilə əməliyyatlara xidmət göstərmək üçün icazə alıb. Bu barədə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi Agentliyi məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin Qazaxıstanın tənzimləyici orqanlarına göndərdiyi məktubda bildirilib ki, departament Rusiyadan gələnlər də daxil olmaqla fiziki şəxslərə "Mir" kartından istifadə etməyə icazə verir. Bununla belə, bu ödəniş sistemi ilə əməliyyatlar "xüsusi nəzarət altında" qalır.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
İndi Qazaxıstan bankları Mir kartlarından istifadə etməklə ödənişləri, köçürmələri qəbul edə, həmçinin fiziki şəxslər üçün bankomatlar vasitəsilə nağd pul verə bilərlər.
Noyabrın 15-də OFAC aydınlaşdırıb ki, ABŞ-dan kənarda Milli Ödəniş Kartı Sistemi ("Mir" sisteminin operatoru) ilə müqavilə bağlayan maliyyə institutları ABŞ sanksiyalarına məruz qala bilər.
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd