AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı

AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladıAzərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
AccessBankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2025-ci ilin nəticələrinə görə, 49.1 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 19.2% və ya 285.1 mln manat artaraq 1.8 mlrd. manata çatıb.
Artımı şərtləndirən drayverlər kimi, ölkədə artan iqtisadi aktivliyin yüksəlməsi fonunda əmanətçilərin və Beynəlxalq fondların inamının artması olmuşdur. Belə ki:
- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.9% və ya 182.6 milyon manat artıb və hesabat dövrünün sonuna 1 milyard 334.2 milyon manat təşkil edib.
- Kredit portfelinin 76.7%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 1 milyard 22.9 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.4% və ya 121.0 milyon manat artıb.
- Depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 10.3% və ya 105.9 milyon manat artaraq hesabat dövrünün sonuna 1 milyard 132.4 milyon manat təşkil edib.
- AccessBank hesabat dövründə beynəlxalq fondlardan 100 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 190.5 mln manata çatmışdır.
- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.
- 2025-ci il ərzində Bankın məcmu kapitalı ötən il ilə müqayisədə 26.7% və ya 49.4 milyon artaraq 234.4 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.7 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.1% artaraq 256.2 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 15.7 milyon artaraq 156.0 milyon manata çatıb.
- Xalis əməliyyat mənfəəti 2025-ci ildə 76.3 milyon manat olub.  2024-cü ildə eyni göstərici 70.6 milyon manat təşkil edib.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və ani likvidlik əmsalı 79.8% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. / marja.az

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri